16 yaşlı İkra Nur Türksoy dostunun evində təşkil edilən şənliyə gedib. Belə ki, o, şənlikdə 17 yaşlı sevgilisi ilə mübahisə edib. B.A adlı oğlan İkranı evdə tapdığı tüfənglə başından vurub. Qız hadisə yerindəcə keçinib.
Əraziyə polislər cəlb olunub. 17 yaşlı yeniyetmə isə polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
