Kabildə baş verən hadisələri dünyaya çatdıran "CNN" telekanalının müxbiri təhlükə ilə qarşılaşıb.
Vard və telekanalın çəkiliş qrupu canlı yayında olarkən "Taliban" yaraqlılarının hücumuna məruz qalıb.
Belə ki, məşhur müxbir Kabil hava limanı ətrafında yaşanan vəziyyəti göstərməyə çalışdığı zaman bir qrup əfqan ona yaxınlaşıb və ölkədən getməklə bağlı məsləhət almaq istəyib. Bu zaman kütləni dağıtmaq istəyən "Taliban"-çılar onlara yaxınlaşıb və havaya atəş açmaq üçün hazırlıq görüb. Hətta Clarissa Varddan üzünü örtməsini də tələb ediblər.
Jurnalist insidentdən sonra telekanala bildirib ki, əli silahlı "Taliban" nümayəndəsi silahını çəkiliş heyətinə tuşlayıb. Bunun ardınca, çəkiliş heyəti həyatlarını təhlükəyə atmamaq üçün hadisə yerindən qaçmalı olub.
Eyni zamanda, "CNN" nümayəndəsi telefonu ilə video çəkərkən iki "Taliban" yaraqlısı silahlarını qaldıraraq hücuma hazır şəkildə müxbirlərə doğru hücum çəkib. Həmin an digər bir "Taliban" üzvü hadisəyə müdaxilə edib və çəkiliş qrupunun xəbər vermə hüququnun olduğunu bildirib və yalnız bundan sonra onların getmələrinə icazə verilib.
"Taliban" Kabildə çəkiliş edən müxbirə hücum etdi - VİDEO
19
avqust
14:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat