"Taliban" radikal qruplaşması Əfqanıstanı ələ keçirdikdən sonra yüksəkrütbəli ordu rəsmilərindən intiqam almağa başlayıb.
Ötən gün hakimiyyətə yaxın 4 ordu rəsmisi minlərlə insanın gözü qarşısında edam olunub.
Komandirlərdən birinin General Rezaq kimi tanınan Haşim Rəkvala yaxın şəxs olduğu deyilir.
Bundan əlavə Nanqarhar əyalətinin Cəlalabad şəhərində "Taliban" bayrağı yerinə Əfqanıstan bayrağının yenidən asılmasını tələb edən yerli əhali küçələrə axışıb. Narazı kütləyə "Taliban" yaraqlıları silahlı müdaxilə edib və 2 nəfər ölüb, 12 nəfər yaralanıb.







скачать dle 12.1