Avqustun 19-da Ermənistanın cənub-şərq bölgəsindəki döyüş postlarının birində güllə yarası almış üç əsgərin meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bunlar 2002-ci il təvəllüdlü sıravi əsgərlər Murad Muradyan, Levon Harutyunyan və Qor Sahakyandır.
Ermənistan Müdafiə Nazirliyi Zəngəzur bölgəsindəki sözügedən postda baş vermiş hadisəyə Azərbaycan tərəfinin aidiyyəti olduğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara inanmamağa və rəsmi araşdırmanın nəticələrini izləməyə çağırıb.
Hadisənin təfərrüatları araşdırılır.
Modern.az xəbər verir ki, Ermənistanın bəzi xəbər saytlarının sosial şəbəkələrdəki paylaşımlarında bildirilib ki, hadisənin yeni xidmətə başlamış gənc əsgər tərəfindən törədildiyi ehtimal olunur. Bu məlumatlara görə, yenicə xidmətə başlamış gənc erməni əsgər ona qarşı edilən seksual hərəkətlərə dözməyərək, adları çəkilən həmin üç hərbçini güllələyib.
Onun istintaqa cəlb edildiyi haqda da xəbər verilib.
Meyiti tapılan erməni əsgərlər seksual zorakılığa görə öldürülüb
19
avqust
18:54

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər