ABŞ-ın təlim və təchiz etdiyi Əfqanıstan təhlükəsizlik qüvvələrinin geri çəkilməsi ilə "Taliban” qrupunun milyardlarla dollar dəyərində Amerika hərbi texnikasını ələ keçirdiyi təxmin edilir.

 "Black Hawk” helikopterləri və "A-29 Super Tucano” hücum təyyarələri "Taliban” tərəfindən ələ keçirilən avadanlıqlar arasındadır.

Mütəxəssislər təlim keçmədən qabaqcıl təyyarələrdən istifadə etməyin mümkün olmadığını və "Taliban”ın ABŞ texnikasının ələ keçirilməsinin vacib bir təbliğat vasitəsi olduğuna diqqət çəkirlər.
скачать dle 12.1