"Qazaxıstan "Taliban"ı tanımır".
"TASS" xəbər verir ki, bu sözləri Qazaxıstan xarici işlər nazirinin müavini Akan Rahmetullin keçirdiyi brifinqdə deyib. “Taliban”ı tanımırıq. Qazaxıstan Əfqanıstandakı vəziyyətin inkişafını yaxından izləyir”, - nazir müavini qeyd edib.