Bu gün səhər Kabil hava limanında ölkənin təhlükəsizlik qüvvələri ilə naməlum şəxslər arasında atışma baş verib. Hadisə nəticəsində Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb, üç nəfər isə yaralanıb.
Bu barədə Bundesverin əməliyyat komandanlığı (Almaniya Silahlı Qüvvələri) öz "Twitter" səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, atışma Kabil hava limanının şimal qapısında baş verib.
скачать dle 12.1