Türkiyə mediası xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ bölgəsində baş verib.
Seçkin Akınçı adlı 26 yaşlı gənc toya getmək üçün traktorla kənddən çıxıb. Enişli-yoxuşlu yolda traktor aşıb və sürücü traktorun altına düşərək dünyasını dəyişib.
Qəzadan bir müddət heç kimin xəbəri olmayıb. 15 saat sonra vətəndaşlar hadisədən xəbər tutub və polisə məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları traktorun altında qalan gəncin öldüyünü müəyyən ediblər. Faktla bağlı araşdırma aparılır.
