Ermənistan parlamentində bu gün deputatlar arasında ikinci dava baş verib, iclas yarımçıq dayandırılıb.
Erməni KİV xəbər verir ki, deputatlar bir-birlərinə qarşı qeyri-etik ifadələrdən istifadə ediblər, daha sonra əl-qol davasına çıxıblar. Belə ki, parlamentin iqtisadi məsələlər komissiyasının rəhbəri, “Ermənistan” blokunun deputatı Vaqe Akopyanın çıxışı zamanı hakim partiyadan olan deputatlardan biri ona replika atıb. Akopyan cavab verərək tribunanı tərk edib və hakim "Vətəndaş müqavilə"si fraksiyasına doğru gedib.
Əvvəlcə söz davasına çıxan deputatlar, daha sonra bir-birlərinə təpik-yumruq tətbiq ediblər. İclas yarımçıq dayandırılıb.
Qeyd edək ki, bu gün səhər də erməni deputatlar arasında dava olub, onlar bir-birlərinə su şüşələri atıblar.
Erməni deputatlar bu dəfə təpik-yumruq davasına çıxdılar - VİDEO
25
avqust
13:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat