"Kaspersky" şirkəti məşhur "WhatsApp" messenceri üçün əlavələrin birində "Triada troyanı" aşkarlayıb.
Şirkətin mütəxəssisləri "WhatsApp" messenceri üçün "FMWhatsapp16.80.0" əlavəsində "Triada troyanı" aşkarlayıblar.
Bu troyan digər zərərli modulları yükləyə və işə sala, reklam göstərə və ödənişli abunəlikləri təsdiqləyə bilir.
Əksər "WhatsApp" istifadəçisi onun imkanlarını genişləndirmək istəyir. Daha rahat versiya axtarışı zamanı yeni imkanlar (məsələn, dinamik şablonlar seçmək və ya silinmiş mesajları oxumaq) təqdim edən əlavələr yükləyirlər. Onların tərkibində tətbiqdə adətən müxtəlif cür bannerlər kimi meydana çıxan reklamlar olur. Belə olan halda, təcavüzkarlar proqram tərtibatçılarına reklam modulları adı altında zərərli proqramlar verərək bu reklamlardan bir boşluq kimi istifadə edirlər.
2021-ci il ərzində "Kaspersky" həlləri "WhatsApp"la bağlı 33 min hücum, o cümlədən messencerin öz adından istifadə edən və ya əlavə və yeniləmə şəklində olan hücumlar qeydə alıblar.
“Haqqında danışdığımız əlavə istifadəçilər üçün zərərsiz görünür, axı o, doğrudan da nə qeyd olunubsa, onu da edir - əlavə funksiyalar təmin edir. Amma onun tərkibində təkcə reklam modulları yox, həm də troyan proqramları da quraşdırılıb. Buna görə də, tətbiqləri yalnız rəsmi mağazalardan yükləməyi tövsiyə edirik. Onların funksionallığı bir az kasad ola bilər, əsas odur ki, özlərilə cihaza çox sayda zərərli fayllar gətirmirlər”, - deyə "Kaspersky"nin təhlükəsizlik üzrə mütəxəssisi İqor Qolovin bildirib.
Xatırladaq ki, troyan proqramlar hazırda dünyada ən geniş yayılmış virus proqramlarıdır.
"WhatsApp"da zərərverici virus aşkarlandı
25
avqust
14:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat