ABŞ ordusu Əfqanıstanda terror aktının təşkilatçısı olan İŞİD-Xorasan fəalını hədəf aldığını açıqlayıb.
"Associated Press" xəbər verir ki, SENTCOM sözçüsü pilotsuz təyyarənin Nanqarhar əyalətində bir İŞİD terrorçusunu məhv etdiyini bildirib.
Yaxın Şərqdəki bir bazadan havaya qalxmış drondan buraxılan raket Kabildə törədilən terror aksiyasının təşkilatçısı və ortağının olduğu avtomobilini nişan alıb.
Hücum prezident Baydenin icazəsi və müdafiə naziri Lloyd Ostenin əmri ilə icra olunub.
скачать dle 12.1