Qazaxıstanda silah-sursat anbarlarında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 13-ə çatıb.
"RIA Novosti" xəbər verir ki, itkin düşmüş daha 3 nəfərin axtarışları davam edir.
Avqustun 26-da axşam saatlarında Jambıl vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğın baş verib. Ən azı on partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 100-ə yaxın zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 49-u yerli təcili yardım xidmətinin əməkdaşlarıdır.
Ölkə prezidenti 29 avqustu milli matəm günü elan edib.
скачать dle 12.1