Ermənistanda  “İrəvan Mall” Ticarət Mərkəzində yerləşən banklardan birinə silahlı basqın edilib. 
Erməni KİV-ləri xəbər verir ki,  kimliyi  bilinməyən silahlı şəxs  hədə-qorxu yolu ilə 100 milyon dram (200 min dollar) məbləğində pul əldə edib. Əraziyə  polis cəlb olunub. 
Bildirilir ki, Ticarət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları şəxsi saxlayaraq,  polisə  təhvil veriblər. 
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1