Banqladeşdə tədqiqatçılar "Denge" qızdırmasının daha yoluxucu və ölümcül variantı olan "DENV-3" ün dominant növ olduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, "Denge" qızdırmasının sürətlə yayıldığı ölkədə yoluxucu virusun mahiyyəti ilə bağlı araşdırmalar davam edir.
Banqladeş Elmi və Sənaye Araşdırma Şurasının (BCSIR) paytaxt Dəkkədəki laboratoriyasında aparılan işlər çərçivəsində 20 xəstədən alınan virus nümunələrinin genom ardıcıllığı araşdırılıb.
"Denge" qızdırmasının daha yoluxucu və ölümcül variantı olan “DENV-3”ün 20 virus nümunəsinin hamısında aşkarlandığını bildirən tədqiqatçılar, bu variantın Dəkkə və ölkənin digər bölgələrində dominant növ olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu il avqustun 29-dan etibarən Banqladeşdə denge xəstəliyinə tutulan 9.857 nəfər xəstəxanaya yerləşdirilib, virusa yoluxan 42 nəfər isə həyatını itirib.
Daha ölümcül virus: hələlik 42 nəfər vəfat edib
31
avqust
18:08

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi
- Prezident Samir Nuriyevi sədr təyin etdi
- Putin Ukraynanın hücumuna "cavab verəcəyini" vəd edib
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək