Türkiyənin məşhur aktyoru Nüsret Çetinel dünyasını dəyişib.

Türkiyə KİV xəbər verir ki, 69 yaşında dünyasını dəyişən aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

26 yanvar 1952-ci ildə anadan olan N.Çetinel "Behzat Ç.”, "Muhteşem Yüzyıl”, "İzmir çetesi” kimi seriallarda rol alıb.

Ankara Dövlət Konservatoriyasının məzunu olan aktyor həmçinin dublyaj sahəsində də çalışıb.
 
скачать dle 12.1