Hadisə Türkiyənin Antalya şəhərində qeydə alınıb. Belə ki, gənc qız qışqıraraq, insanlardan kömək istəyib. 1-ci mərtəbədən atlanan qız parkedilmiş avtomobilə, daha sonra isə beton zəminə düşüb. Kimliyi bilinməyən gənc ağır yaralanıb. Ətrafdakı insanlar onu qısa zamanda xəstəxanaya çatdırıblar. Hazırda həkim nəzarətində olan gənc qız barəsində araşdırma aparılır.




