Bir neçə gündür ABŞ ərazisində tüğyan edən "İda” qasırğası Nyu-York şəhərində ciddi fəsadlar törədib. Şəhər meri Bill de Blazio keçirdiyi brifinqdə qasırğanın səbəb olduğu daşqın nəticəsində 9 nəfərin öldüyünü bildirib. Şəhərdə fövqəladə vəziyyət elan olunub. Bir sıra metro xətlərində hərəkət dayandırılıb. Bütövlükdə, ölkədə 29 nəfər adıçəkilən qasırğanın qurbanı olub. Mənbə: "RİA Novosti” скачать dle 12.1