İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsində hava əməliyyatları zamanı 7 terrorçu zərərsizləşdirilib. Aviazərbələr nəticəsində terrorçu təşkilatının sui-qəsd məktəbindən və xarici əlaqələrdən məsul şəxslərinin zərərsizləşdirildiyi bildirilir.
скачать dle 12.1