"Şəxsən mən oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyəm”.
Bunu Gürcüstanın üçüncü prezidenti (2004-2013) Mixeil Saakaşvili feysbuk səhifəsi üzərindən videomüraciətində deyib.
O, Gürcüstanda həbs olunacağından qorxmadığını bildirib: "Əminəm ki, gürcü xalqı özünü azad edəcək və mən də azadlığa çıxacağam. Taleyimi gürcü xalqının əlinə verməkdən qorxmuram”.
Keçmiş dövlət başçısı həmvətənlərinə çağırış edib: "Gürcüstanı xilas etmək bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, insanlar ölkəni hər gün kütləvi şəkildə tərk edir. Hər kəs seçkiyə getməli və Bidzina İvanişvilinin arzusunun əleyhinə səs verməlidir”.
M.Saakaşvili tərəfdarlarını planları barədə mərhələli şəkildə məlumatlandıracağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
M.Saakaşvili 2015-ci ildən Gürcüstan vətəndaşlığından məhrum edilib. Ukrayna vətəndaşı olan siyasətçi 2020-ci ilin mayından bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində çalışır. Gürcüstana dönəcəyi halda onu bir sıra ittihamlar üzrə həbs gözləyir.
Saakaşvili: “Gürcüstana gedəcəyəm, həbsdən qorxmuram”
07
sentyabr
10:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat