İngiltərənin məşhur hərrac evi "Christie's" Fransanın inqilabdan əvvəl son kraliçası Mariya Antuanettaya aid iki almaz bilərziyi noyabrın 9-da hərraca çıxaracaq. Üzərində 112 brilyant olan qolbaqların dəyərinin 4 milyon dollar (təxminən 6 milyon 796 min manat) olduğu bildirilib. Aksesuarlar 150 karatdır. İkisi bir araya gətirilərək boyunbağı kimi də istifadə oluna bilər.скачать dle 12.1