Rusiya Federasiyasının Mari El Respublikasında ikimərtəbəli yaşayış binasında partlayış baş verib.
“RİA Novosti” xəbər verir ki, hadisə Zveniqovski rayonunda olub. Qaz sızması nəticəsindən mənzillərdən birində partlayış baş verib.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.
скачать dle 12.1