Gürcüstanda son sutkada daha 2 262 nəfərə koronavirus diaqnozu qoyulub, 54 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 575 210-a, ölənlərin sayı isə 8 089-a yüksəlib.
Ötən 24 saat ərzində sağalanların sayı 2 795 nəfər artaraq 534 559 olub.
скачать dle 12.1