Ermənistanın Ararat əyalətinin üzümçüləri bu gün üzüm tədarük edən şirkətlərin bütün üzümləri qəbul etmələrini tələb edərək etiraz aksiyası keçirməyə cəhd ediblər.
Onlar zavodlardan üzümün hər kiloqramı üçün 120-130 dram əvəzinə 150 dram ödəmələrini tələb ediblər.
Etiraz səbəbilə sakinlər və üzümçülər İrəvan-Yerasx avtomobil yolunun Şaumyan kəndindən Taperakan kəndinə gedən hissəsini bağlayıblar. 
Polis etirazçılara qarşı zor tətbiq edərək yolun açılmasına nail olub. 

скачать dle 12.1