Rusiya yenidən Ermənistanı silahlandırmaq qərarına gəlib. 44 günlük müharibədə Rusiya silahının üzləşdiyi biabırçılıq deyəsən, Ermənistana dərs olmayıb.
Bu dəfə ermənilər Rusiyanın silah istehsalçısı ORSIS vasitəsilə silah əldə etmək fikrinə düşüblər. Bu şirkət əvvəlki tenderin uğursuz olması ilə bağlı qalmaqaldan sonra Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlığı bərpa edib. "Bu gün İrəvanla bir sıra müqavilə öncəsi danışıqlar aparılır. ORSIS-in erməni tərəfi ilə əməkdaşlıq baxımından yeni bir müsbət səhifə açdığını söyləyə bilərik" - deyə şirkətin baş dizayneri Maksim Baymetov RİA Novosti-yə bildirib.
O, "Ordu-2021" sərgisində ORSİS rəhbərliyinin Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdüyünü qeyd edib. "Tərəfdaşlarımız, qabaqcıl modellər də daxil olmaqla, ORSIS tərəfindən istehsal olunan bütün silah növünə böyük maraq göstərdilər" deyib. 2019-cu ildə, Ermənistan Müdafiə Nazirliyi bir neçə milyon dollara hərbi texnika tədarükü üzrə tenderin pozulması nəticəsində ORSIS Ermənistanın hüquq-mühafizə orqanlarına silah tədarükçülərinin "qara siyahısına" daxil edilib./milli
Rusiya ermənilərə indi də bu yolla silah satır
17
sentyabr
16:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat