Dağıstanın Xasavyurt şəhərində mehmanxanada yanğın baş verib.

Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş idarənin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, yanğın nəticəsində iki nəfər həlak olub, altı nəfər isə xəsarət alıb. Yaralananlardan biri reanimasiyaya yerləşdirilib.

Bildirilir ki, səhərə yaxın başlayan yanğın mehmanxananın damını və ikinci mərtəbənin bir hissəsini əhatə edib. Ümumilikdə mehmanxanadan 19 nəfər təxliyyə edilib.
скачать dle 12.1