İranda son gündə koronavirusdan 317 nəfər ölüb.
Bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, pandemiya başlayandan bəri koronavirusdan ölənlərin ümumi sayı hazırda 118.508 nəfər təşkil edir.
Son 24 saatda 16.362 yeni Covid-19 xəstəsi müəyyən edilib. 
Xəstələrin ümumi sayı 5.493.591-ə çatıb.
İndiyədək 4.872.865 pasiyent sağalıb.скачать dle 12.1