Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Məlumata əsasən, yanğın səhər saatlarında Antalyanın Manavqat bölgəsində başlayıb. 
Bildirilir ki, yanğının söndürülməsi üçün 5 helikopter, 2 təyyarə, 20 suçiləyən maşın cəlb olunub.
Hazırda alovların nəzarətə alınması istiqamətində əməliyyatlar davam etdirilir.





скачать dle 12.1