Mərkəzi ABŞ-ın Cənubi Karolina ştatında yerləşən "Novant Health” xəstəxanalar zinciri COVID-19-a qarşı peyvənd olunmayan 175 tibb işçisinin işinə son verib.
Xarici KİV xəbər verir ki, bu barədə xəstəxanadan yerli mətbuata verilən açıqlamada bildirilir.
"Səhhətində olan problemlə və dini inancı ilə əlaqədar peyvənd oluna bilməyən işçilərə isə həftəlik koronavirus testi tətbiq olunur və onlara qoruyucu vasitələr təqdim edilir”, - deyə "Novant Health”ın açıqlamasında qeyd olunub.
Qeyd edək ki, 35 min personalı olan "Novant Health” ötən həftə peyvənd olunmayan 375 tibb işçisini 5 gün özhesabına işdən uzaqlaşdırmaqla cəzalandırıb. Onlara peyvənd olunmadıqları halda əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdi.
Əlavə edək ki, bundan öncə Texasda yerləşən "Houston Methodist” xəstəxanası da peyvəndi rədd edən 150 tibb işçisinin işinə xitam verib.
ABŞ-da xəstəxana peyvənd olunmayan tibb işçilərini işdən qovdu
29
sentyabr
13:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat