Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin atası Nikoloz Saakaşvili oğlunu aclıq aksiyasına son qoymağa çağırıb.
Bu barədə onun "Facebook" səhifəsində paylaşım edilib. O, oğlunu düşmənin dəyirmanına su tökməməyə və indi daha çox mübarizə aparmağa dəvət edib:
"Bu mərhələdə oğlum Mişa ilə başqa heç bir ünsiyyət vasitəm yoxdur. Ümid edirəm ki, heç olmasa sosial şəbəkələr vasitəsilə səsimi ona çatdıra bilərəm. “Mişa, bir həkim və bir ata kimi sənə müraciət edirəm. Aclıq sənin sağlamlığına mənfi təsir edəcək. Xahiş edirəm, aksiyanı dayandır. Gələcəkdə düşmənlərlə mübarizə üçün güc və enerji topla. Bu qərarı ver. Tezliklə görüşərik"”.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti səkkizinci gündür aclıq aksiyasına başlayıb. Bu gün isə vəkili Baka Basliya onun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat yayıb.
Saakaşvilinin atası oğluna müraciət etdi: "Xahiş edirəm, aksiyanı dayandır..."
08
oktyabr
16:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat