Belarusiyada magistral yolda avtomobillərin qarşısına atılaraq intihar etmək istəyən şəxs xəstəxanaya yerləşdirilib.
Paytaxt Minskdə qeydə alınan görüntülər hər kəsin təəccübünə səbəb olub. Belə ki, polis lüks avtomobili ilə magistral yolda həddindən artıq sürətlə hərəkət edən sürücünü təqib edib. Daha sonra sürücü avtomobilini magistral yolun kənarında saxlayaraq yolun ortasına keçib.
O, hərəkətdə olan avtomobillərin üzərinə atlayaraq, intihar etmək istəyib. Nəticədə o, ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Belarus Daxili İşlər Nazirliyi bildirib ki, sürücü narkotikdən istifadə etdiyi üçün polisdən qaçıb, daha sonra isə avtomobillərin qarşısına tullanaraq intihar etməyi hədəfləyib. Xəstəxanada olan şəxsin müalicəsinin davam etdiyi, həyati təhlükəsinin olmadığı bildirilib.
Həmin şəxsin müalicəsi başa çatdıqdan sonra onun ifadəsinin alınacağı, daha sonra isə narkotikdən qurtulması üçün müalicə olunacağı da açıqlanıb.
Avtomobillərin qarşısına atılaraq intihar etmək istədi - ANBAAN VİDEO
29
oktyabr
12:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat