Pakistan Parlamenti Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Senatın sədri Azərbaycanın Vətən müharibəsində qələbəsinin birinci ildönümü münasibətilə Pakistan xalqı, Senatı və şəxsən öz adından səmimi təbriklərini çatdırıb.
Bildirib ki, Pakistan İslam Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq aparılan Vətən müharibəsindən əvvəl də, müharibə dövründə də Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının bərpa olunması sevindirici haldır.
Senatın sədri Azərbaycanın məcburi köçkünlərinin tezliklə doğma torpaqlarına qayıtmasının təmin ediləcəyinə və işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və bərpa işlərinin başa çatacağına əminliyini bildirib. Məhəmməd Sancrani beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq Ermənistanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etməsini təmin etmək üçün bütün addımları atacağına inamını ifadə edib.
Senatın sədri Pakistan parlamentinin, hökumətinin və xalqının bundan sonra da Azərbaycanın haqq işini dəstəkləyəcəyini diqqətə çatdırıb.
Senat sədri: "Pakistan bundan sonra da Azərbaycanın haqq işini dəstəkləyəcək"
08
noyabr
18:11

Qarabağ
KOMMENTLƏR
Pakistan parlametinin sədri Sahibə Qafarovanı təbrik edib
"Azərbaycan xalqı və ordusu ilə qürur duyuruq"
"Həmişə Azərbaycanın haqq işində onun yanında olmuşuq və bundan sonra da belə olacaq" - Pakistan prezidenti
Azərbaycanla Pakistan birgə hərbi təlimlər keçirəcək
Pakistandan Azərbaycana növbəti dəstək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat