Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökuməti noyabrın 10-da tam tərkibdə istefa verib.
Baş nazir Nazirlər Kabinetinin növbədənkənar iclasında bütün hökumət üzvlərinin istefa barədə ərizələrini toplayıb. Yeni hökumət formalaşanadək onlar öz idarələrinin rəisi vəzifələrini müvəqqəti icra edəcəklər.
Günün ikinci yarısında Yaponiya parlamentinin F.Kişidanı yenidən hökumət başçısı seçəcəyi və onun ölkənin 101-ci Baş naziri olacağı gözlənilir. Bundan sonra Baş nazir hökumətin yeni tərkibini elan edəcək. Hökumətin tərkibində yalnız xarici işlər nazirinin dəyişəcəyi bildirilir. Hakim Liberal Demokratik Partiyanın (LDP) baş katibi vəzifəsinə təyin edilən sabiq xarici işlər naziri Toşimitsu Moteqini əvvəllər bir neçə nazir vəzifələrində çalışmış Yoşimasa Hayaşi əvəz edəcək.
Xatırladaq ki, Fumio Kişida sentyabrın 29-da hakim LDP-nin sədri, oktyabrın 4-də isə Baş nazir seçilib. Onun yenidən Baş nazir seçilməsi oktyabrın 31-də parlamentin aşağı palatasına keçirilən seçkilərdən sonra formal xarakter daşıyır. Həmin seçkilərdə LDP böyük üstünlüklə qalib gəlib.
Yaponiya hökuməti tam tərkibdə istefa verdi
10
noyabr
10:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat