Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban” türk seriallarına "müharibə" elan edib.
Xarici KİV xəbər verir ki, "Taliban” telekanallara qadınların yer aldığı serialların yayımlanmaması göstərişini verib.
Türkiyə istehsalı olan "Kurtlar Vadisi”, "Muhteşem Yüzyıl”, "Çukur”, "Fatmagülün suçu nə” və s. serialları da həmin qadağaya aiddir.
Bu barədə "Taliban”ın Fəziləti və Şəri Qoruma Nazirliyi bəyanat yayıb.
Bildirilir ki, "Taliban”a bağlı nazirlik televiziya kanallarına "dini bələdçi” göndərib və bundan sonra qadınların yer aldığı serial və verilişlərin ləğv edilməsinə çağırış edib.
"Taliban” həmçinin ekran qarşısına çıxacaq qadın jurnalistlərin uyğun hicab taxmasını tələb edib. Bundan başqa İslam və Əfqan dəyərlərinə uyğun gəlməyən film və proqramların da qadağan ediləcəyi açıqlanıb.
“Taliban” türk seriallarına qadağa qoyur
24
noyabr
12:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat