“Məndən solda siz bizim erməni dostlara və azərbaycanlı dostlara verdiyimiz hədiyyəni görürsünüz: Sülh və firavanlıq rəmzi olan zeytun budağı”, - deyə Putin üçtərəfli danışıqların yekunlarına dair birgə bəyanatı zamanı bildirib.
Qeyd edək ki, bu heykəlciklər üzərində bəhəri olan qızılı zeytun budağı şəklində iki nüsxədə hazırlanıb. Onun alt hissəsinə “Soçi, 26 noyabr 2021-ci il” yazısı həkk olunub.
Məlumat üçün bildirək ki, zeytun budağı sülh, qələbə, sevinc, bolluq, saflıq, namus və ölməzliyi simvolizə edir. Bu ağac qədim yəhudi, xristian və İslam ənənələrində xüsusi yerə sahibdir.