"RİA Novosti" xəbər verir ki, bu barədə Danimarka radiosu məlumat yayıb.
"Danimarka əhalisinin əksəriyyətinin artıq peyvənd edilməsinə nail olmağımıza baxmayaraq, bu, pandemiyanın dayandırılması üçün kifayət deyil. Buna görə də 5-11 yaş arası uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq", - səhiyyə rəsmisi bildirib.
Mütəxəssislərin fikrincə, virus çox vaxt uşaqlardan valideynlərə və yaşlı nəslə keçir, buna görə də uşaqlarda immunitet formalaşdırmaq lazımdır. Bundan əlavə, uşaqlar, xüsusən də məktəblilər daha tez-tez və şiddətli şəkildə xəstələnməyə meyllidir.
скачать dle 12.1