Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü Tsalka bələdiyyəsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarının fiziki zorakılığına məruz qalıb.
Bu barədə hakim partiyanın yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, qarşıdurma siyasi motivlər əsasında noyabrın 29-da rayonun Ərcivan-Sarvan kəndində baş verib. İnsident zamanı həmin kənddə yaşayan VMHP tərəfdarı Vasif İbrahimov "Gürcü Arzusu”nun üzvü və Tsalka merinin Tecis kəndi üzrə nümayəndəsi Nüsrət Heydərovu təhqir edib, daha sonra fiziki təzyiq göstərib.
Qeyd olunub ki, qarşıdurma zamanı V.İbrahimov N.Heydərovla "Gürcü Arzusu”ndakı fəaliyyətinə görə mübahisə edib. Mübahisə daha sonra davaya keçib. V.İbrahimov N.Heydərovun üzünə yumruqla vurub, nəticədə onun burun və göz nahiyəsində xəsarətlər əmələ gəlib.
Hakim partiya hadisənin şahidlərinin olduğunu bildirib./report
Gürcüstanın hakim partiyasının azərbaycanlı üzvü döyülüb
01
dekabr
11:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat