Türkiyənin milli valyutasının ucuzlaşması bu ölkəyə turist axınına səbəb olub. Ölkəmizdən də bu istiqamətə uçuşlara böyük tələbat var. Tələb çox olduğundan uçuş biletlərində bahalaşma müşahidə edilir.
Turizm şirkətləri alternativ olaraq vətəndaşlara fərqli turpaketlər təklif edirlər. Bəs, ən aşağı büdcə ilə Türkiyəyə necə getmək olar?
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, aviabiletlərin qiymətinin qalxması ilə turizm şirkətləri səfərləri Naxçıvan üzərindən təklif edirlər.
Bakıdan İstanbula təyyarə ilə getmək istəyən sərnişinlər təxminən 300-350 manat ödəniş etməlidir. Naxçıvan üzərindən getdikdə isə səfər iki dəfə ucuz başa gəlir. Türkiyəyə getmək isəyənlər Bakıdan Naxçıvana təyyarə ilə ordan da avtobusla İstanbul və ya digər şəhərlərə gedirlər. Belə olan halda isə həm gediş-dönüş təyyarə bileti və avtobus xərci də daxil olmaqla ümumilikdə 300 manata başa gəlir.
Turizm məsələləri üzrə ekspert Elgün Babayevin sözlərinə görə, tələbat çox olduğundan bir çox reyslərə biletlər əvvəlcədən bron edilir.
Ekspertlər hesab edir ki,Naxçıvan üzərindən səfərlərə tələbat daha da artacaq.
Türkiyəyə iki dəfə ucuz getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
05
dekabr
11:20

Qarabağ
KOMMENTLƏR
"Azal" Naxçıvan camaatına BELƏ PROBLEM YARADIR... - "Pulumuz qurtardığından oteldə qala bilmirik..."
Naxçıvanlılar Prezidentdən kömək istədi - MÜRACİƏT
Şuşaya səfərləri kim bahalaşdırır? - Hüquq-mühafizə orqanları işə qarışdı
Bu millət Cahangir Əsgərova NƏ QƏDƏR İŞLƏMƏLİDİR? - HƏQİQƏTƏN DƏ...
AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi