Yaponiyada koronavirusun "Omikron” növünə daha 8 yoluxma qeydə alınıb.

Yerli KİV xəbər verir ki, bunu hökumət kabineti katibliyinin rəhbəri Seici Kihara bildirib.

Onun sözlərinə görə, yoluxanlar hava limanlarında ölkəyə gələn sərnişinlər arasında aşkarlanıb.

Beləliklə, ölkədə "Omikron” ştamına yoluxanların sayı 12-yə çatıb.
скачать dle 12.1