Artıq xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş  texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində  yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Atışma zamanı Ermənistan Müdafiə Nazirliyinin 1 hərbçisi həlak olub, 4 nəfər yaralanıb.
Yaralıların ikisinin vəziyyəti ağırdır.скачать dle 12.1