İraqın keçmiş prezidenti Səddam Hüseynin 2003-cü ildə əsir düşdüyü bunkerdəki son sözləri yenidən gündəmə gəlib.
2003-cü il aprelin 9-da ABŞ qüvvələri Bağdada girib. Bununla da Səddam Hüseyn 24 illik hakimiyyətini itirib. Bağdadın süqutundan sonra iyulun 22-də İraqın Mosul şəhərində Səddam Hüseynin oğulları Uday və Qusay Amerika qüvvələri tərəfindən öldürülüb.
Səddamın özü isə 2003-cü il dekabrın 13-də Tikrit yaxınlığındakı fermada ABŞ qüvvələri tərəfindən əsir götürülüb.
Belə  ki, Hüseynin illər sonra həbs olunduğuna dair detallar eşidənləri təəccübləndirib.  Bildirilir ki, Səddam ona silah tuşlayan əsgərlərə "Vurmayın, məni tanımırsınız? Mən İraq prezidenti Səddam Hüseynəm" -, deyib.  Lakin ABŞ əsgərləri “Prezident Buş ona hörmətini bildirir”, - deyərək cavab verib. 
Ölümündən illər keçsə də, hələ də Səddam Hüseynin sağ olduğunu iddia edənlər var. Lakin rəsmi mənbələr bu iddiaları qəti şəkildə təkzib edir.
Qeyd  edək ki, amerikalılar tərəfindən edamından bir müddət əvvəl iraqlılara təhvil verilən Səddam Hüseynin edam hökmü yerli vaxtla saat 06:00-da Bağdadın şimal rayonlarından biri olan Kazimiyədəki hərbi bazada icra olunub. Edam anı cib telefonlarına çəkilərək saatlar ərzində internet üzərindən yayılaraq böyük əks-səda yaradıb.

Səddam Hüseynin bunkerdəki son sözləri ortaya çıxdı- FOTOLAR

Səddam Hüseynin bunkerdəki son sözləri ortaya çıxdı- FOTOLAR

Səddam Hüseynin bunkerdəki son sözləri ortaya çıxdı- FOTOLARскачать dle 12.1