“Azərbaycan və Qırğızıstan arasında Strateji tərəfdaşlıq haqqında saziş üzərində iş gedir”.
Bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev bildirib.
Səfir deyib ki, noyabrın 20-də Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşü keçirilib: “Gələn ilin aprel-may aylarında Qırğızıstanın Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı Strateji tərəfdaşlıq haqqında saziş də imzalanacaq”.
скачать dle 12.1