Rusiyada hərbçilər təbii fəlakət nəticəsində həlak olublar.
Xarici KİV xəbər verir ki, Cənubi Osetiyada iki rus hərbçisi qar uçqununun altında qalıb. Nəticədə hər iki şəxs həlak olub.
Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib ki, dairənin 5 hərbi qulluqçusu Zaqafqaziya Dəmir Yolu portalının cənub tərəfində qar uçqunu altında qalıb.
3 hərbçiyə  ilkin tibbi yardım göstərilib. Digər ikisinin isə axtarışları aparılır. 
скачать dle 12.1