Xəbər verdiyimiz  kimi, Qazaxıstanın Almatı şəhərindəki toqquşmalarda 13 hüquq-mühafizə orqanları əməkdaşları ölüb.  Onlardan ikisinin isə  baş kəsilib. 
Xarici KİV xəbər verir ki,  bu barədə şəhər komendantlığı məlumat yayıb.
"13 hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb, ikisinin başı kəsilmiş cəsəd aşkar edilib", - deyə  açıqlamada vurğulanıb.
Xatırladaq ki, Qazaxıstanın bir çox şəhərlərində maye qazın bahalaşması ilə bağlı yanvarın ilk günlərindən irimiqyaslı etiraz aksiyaları keçirilir.
скачать dle 12.1