İngiltərənin gözəllik kraliçası "Suriyada doğulduğuna görə" ABŞ-a giriş qadağan edilib.
Leen Klayv ABŞ-da irqçi münasibətlə üzləşdiyini ifadə  edərək,  viza ala bilmədiyini açıqlayıb. O, "Miss World" müsabiqəsinə qatılmaq üçün Amerikaya yola düşüb.  Lakin 29 yaşlı Klayv ABŞ-a  buraxmayıblar.
Britaniya Milli Səhiyyə Sisteminin həkimi olan gözəllik kraliçası bunula bağlı BBC-yə müsahibə  verib. 
"Mən Britaniya pasportu ilə müraciət etdim. Suriyada doğulsam da mən Böyük Britaniyanı təmsil edirəm və Britaniya vətəndaşıyam, ona görə də ABŞ tərəfindən rədd ediləcəyimi bilmirdim”.

  • Gözəllik kraliçasını ABŞ-a buraxmadılar -Səbəbi isə...
скачать dle 12.1