Yekaterinburq sakini alt paltarında olan qızla yolun ortasında etdiyi dava kameralara düşüb.
Rus mediası xəbər verir ki, qızın saçından dartan kişi onu maşının yük yerinə salmaqla hədələyib. Hadisə videoya çəkilərək E1 portalında yerləşdirilib.
Görüntülərdə alt paltarında olan qızın kişidən qaçdığı görünür. E1-in məlumatına görə, yolda cütlük əlbəyaxa davaya başlayıb. Qız daha əvvəl maşında birlikdə getdiyi sevgilisindən qaçmağa çalışıb və o, bütün gücü ilə ona mane olmağa çalışıb. Portalın mənbəsi gənclərin davadan əvvəl kafedə vaxt keçiriblər. İstirahətdən sonra evə qayıdanda mübahisə ediblər. Yekaterinburq sakininin sərxoş olduğu ehtimal edilir.

скачать dle 12.1