Bu barədə məlumatı hadisə yerindən "TASS” agentliyinin müxbiri məlumat verib.
Poroşenkonu aeroportda onlarla jurnalist gözləyib.
Suallara cavab verən Poroşenko Kiyevdə həbs olunacağından ehtiyat etmədiyini vurğulayıb: "Həqiqət mənimlədir. Ukrayna xalqı tərəfimdədir. Mən həbsə hazırlaşmıram”.
Qeyd edək ki, Poroşenko yanvarın 17-si Kiyevə uçacağını bəyan etmişdi. Bu gün Kiyev şəhərinin Peçerski Rayon Məhkəməsində keçmiş Prezidentin həbs olunması barədə vəsatətə baxılacaq. Məhz bu məhkəmə yanvarın 6-sı Poroşenkonun əmlakına həbs qoyub. O, dövlətə xəyanət də daxil olmaqla, bir neçə maddə üzrə ittiham olunur.
Xatırladaq ki, Poroşenko 2014-cü ildən 2019-cu ilə qədər Ukraynanın Prezidenti olub.
