Qızlarının elit kollecə qəbul olması üçün rüşvət verən və bu səbəbdən iki aylıq həbs olunan aktrisa Lori Laflinin evi qarət olunub.
Aktrisanın Los-Ancelesdəki evindən 1 milyon dollar dəyərində zinət əşyaları oğurlanıb.
Təhlükəsizlik kamerasının görüntülərinə görə, qara paltarlı və maskalı oğrular yataq otağının pəncərəsindən evə daxil olub. Hadisə zamanı Lori və modelyer həyat yoldaşı Mossimo Cannulli evdə olmayıb.
Polislər evi qarət edənlərin hadisədən sonra ABŞ-ından getdiyini bildirib.
Qeyd edək ki, 2020-ci ildə həbs olunan aktrisa əlavə olaraq 150 min dollar cərimə və 100 saat ictimai işə məhkum edilmişdi. O, rüşvət qalmaqalından sonra "Netflix"in “Full house” serialından uzaqlaşdırılıb və ekran işi ləğv edilib.
1 milyonluq qızıl-zinət əşyaları oğurlandı
17
yanvar
18:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat