Türkiyədə neft kəmərində baş verən güclü partlayış qeydə alınıb.
Yanvarın 18-də axşam saatlarında Narlı Məhəlləsində (Pazarcık rayonu, Kahramanmaraş) İraq-Türkiyə neft kəmərində naməlum səbəbdən partlayış baş verib.
Dövlət neft və təbii qaz ticarəti və nəqli şirkətinin (BOTAŞ) məlumatına görə, hadisədən sonra neft axını dərhal dayandırılıb.
Partlayışdan sonra yanğın baş verib. Yanğın yaxınlıqdakı yola keçib. Yolda nəqliyyatın hərəkəti kəsilib.
Yanğının söndürülməsinə çoxlu sayda yanğınsöndürən maşın, BOTAŞ-ın fövqəladə müdaxilə qrupları və aidiyyatı bölmələr cəlb olunub.
İnternetdə yayılan görüntülərdə yanğınsöndürənlərin yanğını söndürdüyü görünür.
Qeyd edək ki, 970 kilometrlik boru kəməri neftin Kərkükdən Türkiyənin liman şəhəri Ceyhana çatdırılması üçün istifadə olunur.
Türkiyədə neft kəmərində baş verən güclü partlayışın görüntüsü yayıldı - VİDEO
19
yanvar
16:42

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər