1990-cı ilin 20 Yanvar hadisələri türk dünyasının yaşamış olduğu və əsla unudulmayan ən acı günlərindən biridir.
Bu, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım tərəfindən oxunan bəyanatda qeyd olunub.
Türkiyə parlamentinin iclasında oxunan bəyanatda bildirilib ki, 32 il əvvəl bu gün Bakıda günəş doğmadı. Yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları Bakıya daxil olub, vücudu müstəqillik atəşi ilə alovlanan məsum insanları hədəfə alaraq, uşaq, qadın, kişi, gənc, yaşlı bilmədən hər kəsi vurdular.
Bəyanatda Azərbaycanın apardığı milli-azadlıq mübarizəsi, müstəqilliyimizin bərpası, Türkiyənin Azərbaycanın dövlət müstəqilliyini tanıması məsələlərinə toxunulur.
“Can azərbaycanlı qardaşlarımızın ifadə etdiyi kimi Qara Yanvar bizim üçün də qara gündür. Biz Azərbaycan ilə “Bir millət, iki dövlət!” olaraq sevincdə və kədərdə bir olduq. Acıları birlikdə yaşadıq və birlikdə məyus olduq, yaralarımızı da birlikdə sarıdıq. 20 Yanvar Ümumxalq Hüzün Günündə bütün Azərbaycan və türk millətinin başı sağ olsun”, - deyə bəyanatda vurğulanıb.
Türkiyə parlamentində 20 Yanvar faciəsi ilə bağlı bəyanat oxundu
20
yanvar
18:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat