Gürcüstanda ötən sutkada koronavirusa 17 484 yeni yoluxma halı təsdiqlənib, 27 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 110 168-ə, ölənlərin sayı isə 14 840-a çatıb.

Son 24 saat ərzində 3 699, ümumilikdə isə 981 531 nəfər müalicə olunaraq sağalıb.
скачать dle 12.1